Tərkibi:1 su stəkanı qara paxla,
1 təzə soğan,
2 yaşıl çarliston bibər,
1 böyük pomidor,
1 kartof,
4 diş sarımsaq,
1 yemək qaşığı tomat pastası,
1 yemək qaşığı kərə yağı,
Duz.
Hazırlanması:Qara paxlanı axşamdan soyuq suda gözlədin. Ertəsi gün 10-15 dəqiqə qaynadıb suyunu süzün. Kərə yağını bir qazana qoyub əridin və döyülmüş sarımsaqları əlavə edib qovurun. Ardınca kub formasında doğranmış pomidor, bibər və kartofları qazana əlavə edin. Ədviyyatları və duzu əlavə etdikdən sonra 15 dəqiqə vam odda bişirin. Qaynadılmış paxlaları də əlavə edib, 15 dəqiqə də bişirin. Üzərini incə doğranmış təzə soğan ilə bəzəyərək isti halda süfrəyə verin. Feijoda artıq hazırdır
Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qaşığı, yemək, pomidor, doğranmış, bişirin, qazana, bibər, soğan, etdikdən, sonra, paxla, Ədviyyatları, kartofları, qovurun, formasında, Qaynadılmış, Ardınca, paxlaları