• Mal ətindən polpetta resepti

Reseptin məlumatları Baxış sayı: 29 485

Tarix : 21-08-2014, 09:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : 6-8


Tərkibi:
duz
qara istiot
3 reyhan yarpağı
2 bişmiş kartof
2 x.q. bitki yağı
2 x.q. narın suxarı
4 diş sarımsaq
500 q bişmiş mal əti
150 q rikotta (süd məhsulu, bəzən pendirlə eyniləşdirirlər)
2 yumurta

Hazırlanması:
Kartofu qabıqlı bişirin. Qaynar-qaynar qabığını soyun, püre hazırlayın. Reyhan yarpaqlarını xırda doğrayın. Sarımsağı təmizləyib xırda doğrayın.

Bişmiş mal ətini xırda doğrayın (bu zaman yağını və piyini ayırın). Kartof, yumurta və rikotta ilə qarışdırın. Sarımsaq, göyərti, duz, istiot vurub yenə qarışdırın.

Yumru polpettalar (kotlet) hazırlayın, suxarıya batırıb qaynar yağda hər tərəfini 5 dəqiqə qızardın.

Nuş olsun!
Etiketlər: doğrayın, xırda, rikotta, qarışdırın, yumurta, hazırlayın, istiot, qaynar, bişmiş, Sarımsağı, yağda, təmizləyib, Bişmiş, ətini, tərəfini, dəqiqə, olsun, qızardın, Reyhan, yarpaqlarını
BİZİ İZLƏYİN