• Quruli resepti

Reseptin məlumatları Baxış sayı: 15 293

Tarix : 22-08-2014, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 ç.q. darçın
3 x.q. qoz ləpəsi
cəfəri
1,2-1,5 kq yağlı toyuq
1 ç.q. üyüdülmüş zəncəfil
2 baş soğan
1,5 x.q. kərə yağı
1 ç.q. quru paprika
duz
6 ədəd mixək
keşniş
1 st. qırmızı şirin şərab

Hazırlanması:
Toyuğu yuyun, suyunu süzün, tikələrə doğrayın. Dərinin altındakı piyini kəsib götürün.

Həmin piyi xırda doğrayın. Kərə yağını iri tavada qızdırın, piyi əlavə edin. Toyuğu əlavə edin, 12-15 dəqiqə, qızaranadək bişirin, sonra qazana yığın.

Soğanı təmizləyib nazik halqa doğrayın. Qozu həvəngdəstədə əzin. Cəfəri və keşnişi yuyun, xırda doğrayın.

Mixəyi zəncəfil, paprika, darçın və duzla birlikdə həvəngdəstədə döyün.

Toyuğun üzərinə soğanı, qozu və göyərtini tökün.

Şərab süzün, qarışdırıb ağzı açıq tavada 10 dəqiqə bişirin. Döydüyünüz ədviyyatı əlavə edin. Bir dəfə də qarışdırın, qazanın qapağını örtüb 20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: doğrayın, əlavə, dəqiqə, bişirin, yuyun, tavada, xırda, həvəngdəstədə, paprika, zəncəfil, darçın, süzün, Toyuğu, duzla, Mixəyi, halqa, təmizləyib, Soğanı, nazik, birlikdə
BİZİ İZLƏYİN