• Ətli kobbler resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 634

Tarix : 17-03-2016, 22:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 qabaq
1 orta boy soğan
1 yerkökü
150 q sürtgəcdən keçirilmiş pomidor
300 q ət (mal və ya toyuq)
duz, istiot, ədviyyat - zövqə görə
zeytun yağı

Kökələr:
1,5 st. un
1,5 ç.q. qabartma tozu
1/2 ç.q. duz
70 q kərə yağı
175 ml qatıq

Hazırlanması:
Əti kubik doğrayıb tavaya yığın. Zeytun yağında qızarınca qovurun. Yarımhalqa doğranmış soğan, saman kimi doğranmış yerkökü əlavə edin. Orta itilikli odda, qarışdıraraq 5 dəqiqə bişirin.
Ətli kobbler resepti - FOTO RESEPT


Kubik doğranmış qabağı əlavə edib 15-20 dəqiqə ağzı bağlı tavada bişirin.
Ətli kobbler resepti - FOTO RESEPT


Sürtgəcdən keçirilmiş pomidorları əlavə edin. Duz, istiot vurun.
Ətli kobbler resepti - FOTO RESEPT


Azca su əlavə edin, vam odda bişirin (yarımbişmiş olsun).
Ətli kobbler resepti - FOTO RESEPT


Xəmir: unu ələyin, qabartma tozu, duz, yumşaldılıb kubik doğranmış kərə yağı əlavə edin.
Ətli kobbler resepti - FOTO RESEPT


Qarışdırın, qatıq əlavə edin.
Ətli kobbler resepti - FOTO RESEPT


Yoğurun. Elastik, azca ələ yapışan xəmir alınacaq.
Ətli kobbler resepti - FOTO RESEPT


Un səpilmiş lövhənin üstünə qoyun. Qalın yayın. Balaca kökələr kəsin.
Ətli kobbler resepti - FOTO RESEPT


Əti odadavamlı qaba yığın. Üstünə isə kökələri düzün.
Ətli kobbler resepti - FOTO RESEPT

Ətli kobbler resepti - FOTO RESEPT


190 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Ətli kobbler resepti - FOTO RESEPT

Ətli kobbler resepti - FOTO RESEPT

Ətli kobbler resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, bişirin, doğranmış, dəqiqə, qatıq, kubik, olsun, qabartma, yığın, istiot, soğan, yerkökü, keçirilmiş, yapışan, xəmir, alınacaq, qızdırılmış, Yoğurun, Xəmir, sobada
BİZİ İZLƏYİN