• Balıq ləvəngisi resepti

Reseptin məlumatları Baxış sayı: 6 230

Tarix : 9-07-2017, 17:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Talış mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Sevinc


Tərkibi:
● 1 ədəd balıq
● 5 ədəd orta ölçülü soğan
● yarım stəkan qoz
● balığın içindəki kürü
● zoğal əzməsi (turşusu)
● azca cəfəri (yarım dəstə)
●duz,istiot

Hazırlanması:
İlk öncə balığı təmizləyib ,duzlayıb,istiotlayıram.İçindəki kürünü çıxarıb bir kənara qoyuram.Soğanı maşında çəkir ya da blenderdrn keçirirəm..Bir nazik dəsmal və ya bint ilə suyunu sıxıram və tavada azca qovururam (suyu tam çəkilsin deyə).Qozu da blenderden keçiriəm (sürtkəcdən də keçirə bilərsiz,və ya ət maşınında çəkə bilərsiz).Sonra soğanı,qozu,kürünü,1 və ya 1,5 x/qaşığı zoğal əzməsini,duzu,istiotu və xırda doğranmış cəfərini bir birinə qatıb yaxşıca qarışdırıram.Hazır olmuş ləvəngini balığın içinə doldurub sobaya qoyuram, təqribi 180°ə. 40-45 ə hazırdır.Bu ləvəngi toyuq ləvəngisindən biraz seçilir və daha dadlı olur (mənim fikrimcə).

Nuş olsun!
Etiketlər: zoğal, bilərsiz, qoyuram, balığın, kürünü, yarım, birinə, cəfərini, qatıb, qarışdırıram, Hazır, doğranmış, yaxşıca, istiotu, Sonra, maşınında, soğanı, qaşığı, olmuş, əzməsini
BİZİ İZLƏYİN