• Kələm dolması resepti

Reseptin məlumatları Baxış sayı: 5 326

Tarix : 15-07-2017, 17:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 4-6

Şef / Mənbə : Sevinc


Tərkibi:
●1 ədəd orta boyda kələm
●500 qram çəkilmiş mal əti
●50 qram quyruq( olmasa da olar əgər ət yağlıdırsa, deyilsə kərı yağı ilə əvəz ede bilərsiniz.
●yumru duyu təqribən 50 qram
●göyərti (keşniş,şüyüt,reyhan)
●sogan 2 ədəd.
●duz,istiot

Hazırlanması:
Əvvəlcə bir qazanda su qoyuruq qaynamaga,kələmin baş hissəsini (bərk hissəsini ) kəsirik ,həmin isti suya qoyub biraz pörtlədirik.Əti soğanı,xırda-xırda doğranmış göyərtini,maşında cəkilmiş quyruğu və duz istiotu qatıb yaxşıca qarışdırırıq.Pörtlənmisşş kələmlərə əti qoyub büküruk və qazana düzüruk.Təqribən 1 stəkan soyuq su alib qoyuruq bişməyə.Yarı bişmiş olanda , əridilmiş kərə yagı ilə tomat pastasını( miqdarı özünüz seçin) qarışdırıb tökürük dolmanın üzerinə və yenə bişməyə qoyuruq.

Nuş olsun!
Etiketlər: qoyuruq, qoyub, hissəsini, xırda, bişməyə, düzüruk, büküruk, qazana, kələmlərə, Pörtlənmisşş, istiotu, quyruğu, qatıb, yaxşıca, qarışdırırıq, Təqribən, stəkan, seçin, özünüz, qarışdırıb
BİZİ İZLƏYİN