• Pazı yarpaqlı penne resepti

Reseptin məlumatları Baxış sayı: 3 386

Tarix : 18-07-2017, 19:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Makaron yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
150-200 qr toyuq əti
1 orta boy soğan
1 diş sarımsaq ( arzuya görə)
1-2 iri ətli pomidor
3-4 yemək qaşığı zeytun yağı
5-6 pazı yarpağı
varsa əgər evdə parmezan pendiri üstünə səpmək üçün
duz , istiot

Hazırlanması:
1. Toyuq ətini xırda tikələrə doğramaq və yağda biraz qovurmaq. Xırda doğranmış soğanı əlavə etmək, rəngi dəyişənədək və yumuşalanadək qovurmaq. Ən axırda xırda doğranmış sarımsağı əlavə etmək.

2. Sürtkəcdən keçirilmiş pomidoru əlavə etmək və qapağı örtüb, suyu yarı çəkilənədək bişirmək ən zəif odda.

3. Bu zaman başqa qazanda pastanı duzlu suda bişirmək.

4. Pomidorun suyu çəkiləndə (çox qurutmayın) doğranmış pazı yarpağını və bişmiş pastanı əlavə edin. Pasta bişən sudan 1 yemək qaşığı toyuqlu pazılı qarışıma qatmaq, ocaqda qarışdıraraq 1-2 dəq gözləmək ki, təamlar bir-birinə qarışsın.
Ən son üstünə parmezan səpin.

Nuş olsun!
Etiketlər: əlavə, doğranmış, etmək, üstünə, qovurmaq, bişirmək, pastanı, parmezan, xırda, yemək, qaşığı, Pomidorun, duzlu, birinə, təamlar, çəkiləndə, qarışsın, qazanda, çəkilənədək, səpin
BİZİ İZLƏYİN