• Kartoflu kroket resepti

Reseptin məlumatları Baxış sayı: 18 150

Tarix : 24-08-2014, 07:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Bu təamın sousu üçün ürəyiniz istəyən başqa meyvə də seçə bilərsiniz.

Tərkibi:
100 q qırmızı qarağat (dondurulmuş)
0,5 ç.q. darçın
0,5 ç.q. zəncəfil (üyüdülmüş)
30 ml konyak
30 q un
100 ml 20-22%-li qaymaq
0,5 ç.q. qara istiot
1/4 ç.q. muskat cevizi (üyüdülmüş)
100 q bərk pendir (Parmezan, Qryuer, Qrana Padano, Pekorino Romano)
700 q kartof
1 yumurta
2 ç.q. oreqano
3 x.q. narın suxarı

Hazırlanması:
Qarağatlı sous:
Qırmızı qarağatı isti suda yuyun. Həvəngdəstədə əzin, zövqünüzə görə ədviyyat, şəkər tozu əlavə edin. Azca su töküb ocağın üstünə qoyun, konyak əlavə edin, 2 dəqiqə qarışdırdıqdan sonra dayanmadan qarışdıraraq az-az un əlavə edin. Dadına baxın, çatışmayan ədviyyat və ərzaqları artıra bilərsiniz.

Pendirli sous: Qaymağı ədviyyatla qarışdırın, vam ocağın üstünə qoyun, iki dəqiqə qarışdırandan sonra pendiri əlavə edib qarışdırın, ocaqdan götürün.

Kartofu bişirib əzin, yumurta, duz, istiot, oreqano əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. Çay qaşığı ilə götürüb qoz boyda kürələr düzəldin. Suxarıya batırın. Siniyə perqament döşəyin. Üstünə bitki yağı çəkin. 200 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin.

Kroketləri süfrəyə isti-isti verin.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, qarışdırın, yumurta, istiot, konyak, oreqano, üyüdülmüş, ocağın, sonra, qoyun, üstünə, bilərsiniz, ədviyyat, sousu, qarağat, ocaqdan, pendiri, qarışdırandan
BİZİ İZLƏYİN