• Kərə yağında sarımsaqlı göbələk qızartması resepti

Reseptin məlumatları Baxış sayı: 12 490

Tarix : 20-07-2017, 21:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri / Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
300 qr göbələk
1diş sarımsaq
3-4 y.q. bitki yağı (günəbəxan yada zeytun)
1 y.q. kərə yağı
duz , istiot
keşniş

Hazırlanması:
1. Təmizlənmiş göbələyi dilimlərə doğramaq. Sarımsağı xırda doğramaq.

2. Tavanı ocağın üstünə qoymaq , bitki tağı tökmək, isinməsini gözləmək. Kərə yağını əlavə etmək və yağ çırtıldayanda, sarımsağı əlavə etmək. 1 dəq orta od üstündə qarışdıraraq qovurmaq.

3. Göbələkləri bura əlavə etmək və ocağın altını biraz qaldırmaq. Ara-bir qarışdıraraq, göbələkləri yaxşıca qovurmaq, tam yağa düşməlidir.

4.Elə ki göbələk tam qızardı , xırda doğranmış keşnişi əlavə etmək və isti-isti süfrəyə təqdim etmək.
Diqqət : bu yeməyi bişirəndə ev - eşik , el - aləm, bütün dünya , kainat sarınsaq və göbələk qoxacaq. Ola bilsin bu qoxu Marsa belə çatsın. Daha ətraflı və hər addım şəkillər bloqumda, profildəki linkdən keçə bilərsiz.

Nuş olsun!
Etiketlər: etmək, əlavə, göbələk, doğramaq, ocağın, qovurmaq, xırda, qarışdıraraq, bitki, doğranmış, qızardı, bişirəndə, yeməyi, keşnişi, təqdim, süfrəyə, Diqqət, bütün, sarınsaq, şəkillər
BİZİ İZLƏYİN