• Tənbəl dolması resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 16 914

Tarix : 26-09-2014, 14:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Dolmalar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Əslində bu xörəkdə dolma adına yalnız tərkibindəki ərzaqlardır. Sobada, pendir qatı altında bişmiş bu "dolma"-kotletlərin çox gözəl dadı var. Dolma bükməyə tənbəllik edənlər üçün yaxşı reseptdir.

Tərkibi:
800 q qiymə (mal, qoyun)
100 q düyü
6 ortaboy soğan
2 yumurta
500 q ağ kələm

Hazırlanması:
Düyünü suda ala-çiy bişirin, soyudun.

3 baş soğanı xırda doğrayın, qalan üçünü isə blenderdə püre halına salın.

Kələmi doğrayın.

Bütün inqredientləri - qiyməni, soğanı, yumurtanı, kələmi və düyünü qarışdırın. Duz, təzə üyüdülmüş istiot əlavə edin.

Alınan kütlədən uzunsov kotletlər tutun, siniyə düzün. Kotletləri hazırlayarkən əlcək geyinsəniz, yaxşı olar, çünki qarışıq ələ yapışan alınır. Əgər əlcək yoxdursa, əllərinizi soyuq suda isladın.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Hazır olmağa 5 dəqiqə qalmış sobadan çıxarıb üzərinə sürtgəcdən keçirilmiş parmezan pendiri səpə bilərsiniz.

Bu tənbəl dolma üçün linkdəki sousdan istifadə edə bilərsiniz.
Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT

Tənbəl dolması resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: dolma, dəqiqə, yaxşı, doğrayın, bilərsiniz, əlcək, soğanı, bişirin, çünki, yoxdursa, alınır, geyinsəniz, qarışıq, yapışan, hazırlayarkən, uzunsov, kütlədən, Alınan, əlavə, kotletlər
BİZİ İZLƏYİN