• Toyuq şnitseli resepti

Reseptin məlumatları Baxış sayı: 7 275

Tarix : 25-08-2017, 12:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban


Tərkibi:
toyuğun döş əti 200qr
çörək ovuntusu (suxari) yarım stakan (biraz artıq da lazım ola bilər )
yumurta 2ədəd

Hazırlanması:
Qızartmaq üçün yağ, duz, istiot.

Döş ətini ortadan 2 yerə bölürük, hər birini streç cığala arasına qoyub, oxloynan yada tavanın dibi ilə "döyürük" ki , nazilsin.
Ancaq day meydinə sərməyin , cırmayın əti.

Bir dərin boşqabın içinə yumurtaları qırın, duz vururuq və çəngəl ilə çalırıq.

Bir başqa dərin geniş boşqaba çörək ovuntusu tökmək.

Döyülmüş əti əvvəl bulayırıq yumurtaya, sonra ovuntuya, birdə təkrar edirik -yumurtaya və ən axır ovuntuya.

Tavanı əvvəldən isitmək, 2-3 y. qaşığı yağ tökmək və isinməyini gözləmək.
Yağ nə çox bərk qaynar olmamalıdı (onda ət yanacaq və içi yarımçiy qala bilər ) , nə soyuq olmamalıdı ( onda ət yağı canına çəkər )
Döyülmüş əti qoyuruq yağın içinə və hər iki tərəfini orta atəşdə qızardırıq.

Vəssalam. Daha dəqiq , daha ətraflı bloqumda baxa bilərsiz , özdə aydın - aydın şəkillər də var. Keçin bloqa.

Mən hər zaman bu şnitselin yanında kartof qızartması təqdim edirəm.Bir tavada kartofu iri dilimlər halında kəsib qızardıram, o biri tavada şnitseli qızardıram.

Nuş olsun!
Etiketlər: Döyülmüş, tökmək, içinə, dərin, ovuntuya, olmamalıdı, qızardıram, tavada, aydın, bilər, yumurtaya, ovuntusu, çörək, qoyuruq, çəkər, canına, yağın, tərəfini, Vəssalam, qızardırıq
BİZİ İZLƏYİN