• Ətli içliklə şərq peraşkisi resepti

Reseptin məlumatları Baxış sayı: 5818

Tarix : 29.07.2017, 21:00

Bölmə : Quru yeməklər, Ət yeməkləri, Duzlu xəmir işləri, Qəlyanaltılar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
1.5 st. süd,
1 x.q. şəkər tozu,
1 x.q. maya,
1 st. qatıq,
150 qr yağ,
1 x.q. duz,
3 ədəd yumurta,
un (aparan qədər)

İçlik üçün:
çəkilmiş ət,
soğan,
az miqdarda yağ,
duz,istiot

Üzəri üçün:
yumurta sarısı,
çörəkotu

Hazırlanması:
Əvvəlcə qeyd olunmuş ərzaqlardan xəmir yoğururuq. Acıması üçün xəmiri isti yerdə 1-1.5 saat saxlayırıq.
Bu müddət ərzində içliyi hazırlaya bilərsiniz. İçlik üçün xırda doğranmış soğanı yağda qovururuq. Rəngi dəyişəndə üzərinə çəkilmiş ət əlavə edib, duz,istiot səpirik və bişiririk.
Xəmir hazır olduqdan sonra 7-8 ədəd bərabər ölçülü kündələr tuturuq. Sıra ilə yayıb, üzərini yağlayaraq üst-üstə yerləşdiririk. Lentlər kəsib, əlimizlə badambura kimi bükürük. Ortasına içlik qoyub, bağlayırıq. Soba qabına yığıb üzərinə yumurta sarısı çəkərək, çörək otu səpirik. 180 dərəcə istilikli sobada qızarana kimi bişiririk.

Nuş olsun!


Etiketlər: yumurta, çəkilmiş, sarısı, səpirik, İçlik, istiot, Xəmir, üzərinə, bişiririk, yerləşdiririk, yağlayaraq, yayıb, üzərini, tuturuq, ölçülü, olduqdan, hazır, sonra, Lentlər, bərabər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN