• Mütencem resepti

Reseptin məlumatları Baxış sayı: 8 814

Tarix : 3-07-2017, 22:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
700 qr toyuq (kənd çolpası),
1 ədəd soğan,
50 qr şabalıd,
100 ml abqora,
2 x.q. doşab,
1 ç.q. alça turşusu (əzilmiş),
50 ml bitki yağı,
duz, istitot

Hazırlanması:
Əvvəlcə toyuğu tikələrə doğrayırıq. Soğan halqavari, şabalıdı isə iki hissəyə bölməklə doğrayırıq. İsidilmiş qazana ərinmiş yağ əlavə edib, toyuq tikələrini 5 dəqiqə bişiririk. Üzərinə soğan töküb, qarışdırırıq. Arabir qarışdırmaq şərtilə 10 dəqiqə daha bişirdikdən sonra üzərinə abqora və doşab əlavə edirik. Rəng verməsi üçün alça turşusu da qata bilərsiniz. Bütün ərzaqlar əlavə olunduqdan sonra yeməyimizi 20 dəqiqə daha bişiririk. Toyuq əti bişdikdə, şabalıd isə yumşaldıqda yemək hazır hesab olunur.

Nuş olsun!
Etiketlər: əlavə, dəqiqə, toyuq, soğan, sonra, doğrayırıq, bişiririk, abqora, turşusu, şabalıd, doşab, verməsi, bilərsiniz, edirik, üzərinə, Bütün, şərtilə, bişirdikdən, olunduqdan, yemək
BİZİ İZLƏYİN