• Balıq buğlaması resepti

Reseptin məlumatları Baxış sayı: 13 974

Tarix : 8-08-2017, 22:00

Bölmə : Quru yeməklər / Balıq yeməkləri

Mətbəx : Milli mətbəx

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
1 kq balıq,
2 ədəd soğan,
3 ədəd pomidor,
1 dəstə keşniş,
1 dəstə şüyüd,
1 dəstə somu,
1 dəstə kəvər,
yağ,
duz, sarıkök

Hazırlanması:
Əvvəlcə balığı yuyub, doğrayırıq. Duz səpərək bir kənarda gözlədirik. Tavaya ilk öncə doğranmış pomidor, ardınca soğanın bir hissəsi, ən sonda isə göyərtiləri tökürük. Üzərindən balıq ətini düzüb, yenidən soğan və göyərti tökürük. Yağ, sarıkök və az miqdarda duz əlavə edirik. Orta odda 30 dəqiqə bişiririk.

Nuş olsun!
Etiketlər: dəstə, sarıkök, soğan, tökürük, pomidor, balıq, ətini, Üzərindən, göyərtiləri, sonda, düzüb, miqdarda, dəqiqə, bişiririk, edirik, əlavə, göyərti, hissəsi, yenidən, doğranmış
BİZİ İZLƏYİN