Tərkibi:toyuq filesi,
soğan,
kök,
şirin bibər,
pomidor,
un,
duz, istiot
Hazırlanması:Əvvəlcə toyuq filesini doğrayıb, yağda qızardırıq. Duz, istiot səpib, doğranmış soğan əlavə edirik. Ardınca zövqə görə istənilən formada doğranmış kök və bibərləri tökürük. Un əlavə edib, qarışdırırıq və bolluca pomidor tökürük. Son olaraq az miqdarda qaynar su əlavə edib, duz, istiot səpirik. qazanın qapağını bağlayıb, az oddda 15 dəqiqə bişiririk. Zövqə görə istənilən qarnirlə servis etmək olar.
Nuş olsun!
Etiketlər: əlavə, istiot, doğranmış, toyuq, tökürük, istənilən, pomidor, soğan, səpirik, qazanın, miqdarda, olaraq, qapağını, qaynar, bağlayıb, qarnirlə, servis, etmək, Zövqə, bişiririk