• Karnıyarık resepti

Reseptin məlumatları Baxış sayı: 5 094

Tarix : 16-08-2017, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 qr qiymə,
2 ədəd soğan,
cəfəri, şüyüd (və ya digər göyərti),
2 ç.q. tamat,
4 ədəd badımcan,
1 ədəd pomidor,
1 ədəd yaşıl bibər

Hazırlanması:
Əvvəlcə qiymə və soğanı yağda yüngül qovururuq. Qiymə yağlı olarsa yağ əlavə etməyə ehtiyac yoxdur. Daha sonra üzərinə tamat, doğranmış pomidor və göyərti töküb, qarışdırırıq. 1-2 dəqiqə daha bişirib, qazdan götürürük.

Badımcanların qabığını zolaq-zolaq soyub, içini təmizləyirik. Ayrı bir tavaya yağ əlavə edib, badımcanları qızardırıq. Zövqə görə duz tökürük. Qızarmış badımcanın içinə bişirdiyimiz qiyməni töküb, üzərinə pomidor və bibər dilimləri düzürük. Hazırladığımız badımcanları soba qabına yerləşdirib, qabın dibinə 1.5 st. su tökürük. 180-200° istilikli sobada üzəri qızarana kimi bişiririk. Zövqə görə su əvəzinə tamatlı su da tökə bilərsiniz.

Nuş olsun!
Etiketlər: pomidor, bibər, Zövqə, üzərinə, töküb, tökürük, qiymə, zolaq, əlavə, badımcanları, göyərti, tamat, içinə, bişirdiyimiz, badımcanın, qızardırıq, təmizləyirik, tavaya, qiyməni, Qızarmış
BİZİ İZLƏYİN