• Marşmelloudan hazırlanan şəkər xəmiri resepti

Reseptin məlumatları Baxış sayı: 2 829

Tarix : 23-07-2017, 22:30

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Marşmellou 100 qr
Kərə yağı 1 x.q.
Şəkər pudrası 200-300 qr
Qida boyaları

Hazırlanması:
Marşmellou soba qabına qoyulur,üzərinə kərə yağı əlavə olunaraq mikrodalğalı sobada 15-20 saniyə tutulur.Bu zaman marşmellounun həcmi artmalıdır.

Bundan sonra 50-100 qr şəkər pudrası (şəkər pudrası az da ola bilər,çox da gərəkə bilər) əlavə edib qarışdırılır.

Əgər müxtəlif rəngli şəkər xəmirləri əldə edəcəksinizsə,alınmış kütləni bir neçə hissəyə ayırıb,sonra qida boyaları ilə yoğurun.

Şəkər pudrasını o vaxtadək əlavə etməyə davam edirsiniz ki,kütlə plastilin qıvamına gəlsin.

Artıq şəkər xəmiri hazırdır.İstədiyiniz rəngləri vurub rəngli xəmirləri əldə edə bilərsiniz.

Hazır xəmirlərin soyuducuda qorunması gərəkir.Əgər tort kremlə örtülmüşsə, şəkər xəmiri ilə masaya verilmədən əvvəl bəzədilməlidir.

Şəkər xəmiri ilə bəzəmə üsulları yaradıcılığa bağlı bir işdir,aşağıdakı şəkillərdə bir neçə nümunə göstərilir.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, pudrası, xəmiri, Şəkər, sonra, rəngli, xəmirləri, boyaları, Marşmellou, bilər, soyuducuda, qorunması, gərəkir, xəmirlərin, rəngləri, hazırdır, Artıq, gəlsin, İstədiyiniz
BİZİ İZLƏYİN