• Şəkər xəmiri və təbii rənglər resepti

Reseptin məlumatları Baxış sayı: 743

Tarix : 21.07.2017, 09:30

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
300 q marşmellou (zefir)
250 q şəkər pudrası
250 q nişasta
2 x.q. limon şirəsi
40 q kərə yağı*

Hazırlanması:
Marşmellounu kasaya tökün, limon şirəsi əlavə edib mikrodalğalı sobada 2 dəqiqə saxlayın. Marşmellou yumşalaraq həcmi artacaq.

Mirkodalğalı sobası olmayanlar üzülməsinlər. Bu prosesi su hamamında da asanlıqla edə bilərsiniz.

100 q şəkər pudrası əlavə edib yoğurun. Əgər ona rəng qatacaqsınızsa, sobadan (yaxud su hamamından) çıxaran kimi rəngi əlavə edib qarışdırın.

* Mastikanı tortun üzərinə örtük kimi çəkəcəksinizsə, ona isti-isti 40 q kərə yağı əlavə etməyiniz məsləhətdir. Əgər fiqurlar düzəldəcəksinizsə, kərə yağına gərək yoxdur.

Şəkər pudrasının qalanını və nişastanı masanın üstünə səpin, marşmellou kütləsini üstünə qoyub əlinizə yapışmayanadək yoğurun.

Adətən, hazır şəkər xəmirini soyuducuda 24 saat saxlamağı məsləhət bilirlər. Lakin təcrübə göstərir ki, cəmi 30 dəqiqə-1 saat da kifayət edir.

Tort kreminə təbii rəngləndiricilər qatmaq üçün giləmeyvə və tərəvəzlər, göyərti dadınıza çatar.

Limon və ya portağalın sedrası sarı rəng verir.

Sarı və qəhvəyi rəng üçün şəkər tozundan da istifadə edə bilərsiniz. Bunun üçün şəkər tozunu suda əridin (5:1 nisbətində, 5 pay şəkər tozu, 1 pay su), ocağın üstünə qoyun, tünd-qəhvəyi rəng alanadək bişirin. Alınan kütləyə az-az su əlavə edin (5:2). Onu cunadan süzün. Sonra isə az-az kremə əlavə edin.

Mavi rəngi böyürtkən və ya qaragilədən ala bilərsiniz. Qırmızını - moruq, qarağat, gilənardan, qırmızı və çəhrayının zərif çalarlarını - çuğundurdan ala bilərsiniz. Çuğunduru sürtgəcin iri gözündən keçirin. üzərinə su töküb təxminən 1 saat bişirin. Süzün, azca limon turşusu vurun (o, rəngi daha canlı edir). Soyudub istifadə edin.

Yaşıl rəngi ispanağı vam odda 30-40 dəqiqə bişirməklə ala bilərsiniz. Amma onun rəngi çox açıq olur.

Nuş olsun!

Etiketlər: şəkər, əlavə, rəngi, bilərsiniz, limon, dəqiqə, üstünə, üzərinə, pudrası, marşmellou, qəhvəyi, bişirin, yoğurun, şirəsi, istifadə, tozunu, əridin, alanadək, kütləyə, cunadan
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN