Tərkibi:2 yumurta
2 stakan süd
1/2 ç.q. qabartma tozu
1/2 ç.q. soda
3-4 damcı limon suyu
1 paket vanil
4 x.q. günəbaxan yağı
4 x.q. qəhvəyi şəkər tozu (adi şəkər tozuda ola bilər)
400 qr. un
Hazırlanması:Yumurtaları şəkər tozu ilə mikserlə çalırıq.
Süd, vanil, qabartma tozu əlavə edib əl çırpanı ilə qarışdırırıq.
Sodanın üstünə limon suyu əlavə edirik və qarışdırırıq. Xəmirə əlavə edirik.
Yağ əlavə edirik.
Ələnmiş ün əlavə edirik. Və yaxşıca qarışdırırıq.
Xəmir qatı olmalıdır.
Onda istədiyiniz böyda edə bilərsiz.
Tavanı qızdırırıq, yağ əlavə etmirik
Bir çömçə tavaya töküb 1 dəqiqə bişiririk. Sonra çevirib 30 saniyə bu tərəfdəndə qızardırıq
Nuş olsun!mənbə:
Günel Bahasun (instagram)
Etiketlər: əlavə, edirik, şəkər, qarışdırırıq, vanil, qabartma, limon, istədiyiniz, etmirik, qızdırırıq, Tavanı, bilərsiz, böyda, çömçə, dəqiqə, saniyə, tərəfdəndə, qızardırıq, çevirib, Sonra