• Pendirli xamralı resepti

Reseptin məlumatları Baxış sayı: 14 911

Tarix : 13-09-2014, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 st. un
1 st. qatıq
0,5 ç.q. duz
0,5 ç.q. şəkər tozu
0,5 ç.q. soda
1 st. sürtgəcdən keçirilmiş pendir
250 q yağsız kolbasa

Hazırlanması:
Qatığa duz, şəkər tozu, soda əlavə edib yaxşıca qarışdırın. Pendir və un əlavə edin. Yoğurun. Alınan xəmiri bərabər kündələyin, təxminən nəlbəki boyda yayın. İki lavaşın arasına doğranmış kolbasa qoyub qıraqlarını yapışdırın (kolbasa əvəzinə başqa iç də, məsələn, qovrulmuş tərəvəzlər - yerkökü, göbələk, kartof, göyərti və s. istifadə edə bilərsiniz). Üstündən oxlovla ehtiyatla yayın.
Qızdırılmış tavada bitki yağında ağzına qapaq qoymaqla iki üzünü də qızardın.
Hətta bu xamralıları içsiz də bişirə bilərsiniz. O da dadlıdır.

Nuş olsun!
Etiketlər: kolbasa, əlavə, şəkər, bilərsiniz, yayın, oxlovla, Qızdırılmış, ehtiyatla, Üstündən, göyərti, tərəvəzlər, qovrulmuş, yerkökü, göbələk, tavada, kartof, istifadə, yağında, içsiz, xamralıları
BİZİ İZLƏYİN