• Soğan marmeladı resepti

Reseptin məlumatları Baxış sayı: 13 316

Tarix : 1-03-2016, 23:00

Bölmə : Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1,5 kq ağ soğan
4 x.q. bəyaz şərab sirkəsi
100 q bəyaz şərab
2 x.q. qəhvəyi şəkər
1 ç.q. duz
50 q kərə yağı (qovurmaq üçün)
dəfnə
kəklikotu
qara üyüdülmüş istiot
1 ç.q. üyüdülmüş keşniş toxumu

Hazırlanması:
Soğanı nazik yarımhalqa doğrayın. Qalın dibli tavaya yağ və ədviyyatı töküb bir neçə saniyə qovurun, sonra soğan və şəkər tozunu əlavə edin. Qarışdıra-qarışdıra soğan yumşalınca bişirin.
Soğanı qızartmayın, o yumşaq və şəffaf olmalıdır. Sonra tavanın qapağını örtün, vam odda 10 dəqiqə saxlayın.
Duz, sirkə və şərab əlavə edin.
Qarışdırın, tavanın qapağını örtün (lap kip olmasın), təxminən 2 saat vam odda bişirin.

Hər 20 dəqiqədən bir ehtiyatla qarışdırın ki, soğan qızarmasın. Hazır olanda o, mürəbbə qatılığında olmalı, maye, demək olar ki, tamamilə buxarlanmalıdır.

Hazır olandan sonra bankaya yığıb soyudun, soyuducuya qoyun. Bu məzəni 3 ay müddətində soyuducuda saxlamaq olar.

Süfrəyə xırda boşqabda, ət xörəyinin yanında və çedder pendiri ilə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: soğan, şərab, əlavə, sonra, Soğanı, bişirin, örtün, Hazır, üyüdülmüş, qapağını, tavanın, bəyaz, şəkər, demək, olmalı, bankaya, tamamilə, buxarlanmalıdır, qatılığında, olandan
BİZİ İZLƏYİN