• Ev usulu konfet resepti

Reseptin məlumatları Baxış sayı: 3 878

Tarix : 27-05-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
250 qr qatılaşdırılmış süd
Kərə yağı 30 qr
Fındıx 100 qr
Qara şokolad 300 qr

1 cimdik duz *fındıx yerinə başqa qozlardan istifadə edə bilərsiz - fıstıq, qoz və s.

Hazırlanması:
*250 qr qatılaşdırılmış süd 1 bankanın dibində 2 y.q. saxlayın, yerdə qalan 250 qr edəcək.
1. Qabığı soyulmuş ağ fındığı qalın tavada biraz qovurun və soyudun. Sonra bıçaqla biraz xırdalayın, ancaq çox az, qoy biraz iri parçalı qalsın.
2. Başqa qalın bir qaba qatılaşdırılmış süd, yağ, xırda küplərə bölünmüş şokolad dilimləri və 1 cimdik duz qoyun. Bunları zəif od üstünə qoyun və arabir qarışdıraraq, tam ərimısini gözləyin. Elə ki tam əridi, bura fındığı əlavə edin və qarışdırın. Vəssalam, desert artıq hazırdı.

Bir keks qabı götürün, yada kiçik sini. Bura konditer kağızı, yaxud folqa sərin. Bu işi əvvəldən etməlisiz, lap başdan, desert bişməmiş.
Qaynar deserti bu qaba tökün və qaşıqla yayın ki, üstü eyni qalınlıqda olsun. Mən 4-künc 21 sm qabda hazırladım.
Bu halda deserti biraz saxlayın, soyusun, sonra üstünə streç çəkin və soyuducuda 1 saat saxlayın.

Nuş olsun!
Etiketlər: biraz, saxlayın, qatılaşdırılmış, fındığı, deserti, qoyun, üstünə, desert, qalın, şokolad, cimdik, götürün, kiçik, konditer, folqa, yaxud, kağızı, hazırdı, çəkin, qarışdırın
BİZİ İZLƏYİN