• Yulaflı sıyıq resepti

Reseptin məlumatları Baxış sayı: 31 267

Tarix : 7-05-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Mehriban (azerifoodie)


Tərkibi:
1 st yulaf
1 st su
1 st süd
1 cimdik duz
2 dolu çay qaşığı şəkər(zövqə görə)
biraz kərə yağı(ərinməmiş)
* yulaf iki cür satılır: biri Qerkules( Геркулес) , biri adi yulaf ləpikləri. İkisinində paketi eynidi, gərək yazıya fikir verəsiz. Mən Qerkules yox, adi yulaf istifadə edirəm.

Hazırlanması:
Yulafı kiçik qazana tökün, üstündən soyuq su əlavə edin və5-10 dəq gözləyin. Bu müddətdə yulaf şişəcək və tam yumşalacaq.
Süd və duz əlavə edin və ocağa orta od üstünə qoyun. Ara bir qarışdlrın ki,dibi tutmasın. 5-6 dəq bişirin, axırda şəkər əlavə edin qarışdırın və ocaxdan alın.
Kiçik kasələrə tökün, üstünə kim nə qədər istəyir kərə yağı qoyun və verin süfrəyə. Sıryıq qalanda bərkiyir, biraz süd ya su əlavə edib ocaxda isidin, yenə qayıdıb adam formasına düşəcək
Sıyığı teyxa süd ilə bişirəndə dibi tutur tez, həmdə daşır, ona görə su və süd qarışımında bişirmək məsləhət görürəm.

Nuş olsun!
Etiketlər: yulaf, əlavə, üstünə, Qerkules, tökün, biraz, qoyun, şəkər, istəyir, verin, süfrəyə, Sıryıq, ocaxdan, qarışdırın, axırda, qalanda, Kiçik, kasələrə, qədər, isidin
BİZİ İZLƏYİN