• Kəsmikli desert resepti

Reseptin məlumatları Baxış sayı: 2 713

Tarix : 4-11-2018, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 çay q. jelatin
3 portağal
250 qram 30-35%-li qaymaq
3 xörək q. bal
1 su stəkanı portağal şirəsi
300 qram kəsmik

Hazırlanması:
Bir qabda jelatini yarım su stəkanı su ilə isladın.
Portağalın qabığını soyun və bir az suda 15 dəqiqə qaynadın.
Kəsmiyin üzərinə 3 xörək q. bal və 1 su stəkanı portağal şirəsi əlavə edib mikserlə çalın.
Qaymağı ayrı qabda mikserlə çalın.
Soyumuş portağal qabığını kəsmiyə əlavə edin. Jelatini bir az qızdırın və qaymağ ilə birlikdə da kəsmikli qarışığa əlavə edin.
Portağalları qabıqdan təmizləyin və dilim formasında doğrayın.
Dördkünc formalı qaba qida kağızı qoyun üstünə portağal dilimlərini düzün.
Alınmış qaymaqlı kəsmikli qarışığı portağalların üstünə əlavə edin. 12 saat soyuducuda saxlayın.
Servis etdikdə deseti bağı aşağı əyib nikşəyə qoyun.
Üzərinə sürtgəcdən keçirilmiş portağal qabığını səpin.

Nuş olsun!
Etiketlər: portağal, əlavə, stəkanı, qabığını, mikserlə, qoyun, üstünə, çalın, kəsmikli, şirəsi, xörək, qabda, Alınmış, qaymaqlı, qarışığı, düzün, dilimlərini, Dördkünc, formalı, kağızı
BİZİ İZLƏYİN