• Vafli resepti

Reseptin məlumatları Baxış sayı: 54

Tarix : 9.09.2018, 20:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
5 ədəd yumurta
350-400 qr un
250 qr kərə yağı
200 qr şəkər tozu
vanil
1 çimdik duz

Krem üçün:
bişmiş qatılaşdırılmış süd və ya zövqə görə istənilən krem

Hazırlanması:
Şəkər tozu ilə yumurtaları mikserlə çalırıq. Üzərinə duz və vanil səpirik. Yumuşaldımış kərə yağını əlavə edib qarışdırmağa davam edirik. Unu da səpib xəmir hazırlayırıq. Elektrovafli adlanan sobanı öncədən yaxşıca isidirik. Sonra hazırladığımız xəmirdən bir neçə qaşıq bu sobaya töküb, kitab formasında bağlayırıq. Vafli qızılı rəngə çalanadək saxlayıb qızardırıq. Bıçaq vasitəsi ilə sobanın içindən ayırıb, isti-isti rulet kimi bükürük. Qeyd etdiyimiz kimi, içərisinə zövqə görə krem qoyub, çay süfrəsinə təqdim etmək olar.

Nuş olsun!

Etiketlər: vanil, zövqə, Vafli, bağlayırıq, qızılı, rəngə, saxlayıb, çalanadək, formasında, kitab, qaşıq, hazırladığımız, sobaya, töküb, qızardırıq, xəmirdən, vasitəsi, qoyub, içərisinə, süfrəsinə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica