• Közlənmiş badımcan konservası resepti

Reseptin məlumatları Baxış sayı: 2 149

Tarix : 25-01-2019, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ya da 4 kq badımcan (əslində nə qədər istəsəniz),
2 baş sarmısaq.
iri duz (qaya duzu),
zeytun yağı,
yarım kq -lıq və ya 1 kq-lıq şüşə banka,

Hazırlanması:
Badımcanlarınızı əgər atəş yandırmaq imkanınız varsa atəşdə közləyin.Yoxsa da problem deyil ocaqda və ya fırında da közləmək mümkündür.Közlədiyiniz badımcanları soyun.Sap qisimlərini kəsin.İstər kiçik- kiçik doğrayın, istərsinizdə də bütöv halda saxlaya bilərsiniz.Sarmısağı soyun və bir az duz ilə yaxşıca əzin.Əzdiyiniz sarmısaqları badımcanların üzərinə əlavə edib yaxşıca qarışdırın.Bu əməliyyatı etmədən əvvəl duz ehtiyacına görə bir az daha duz əlavə edin.Qabların üzərindən 1.5 barmaq açıq qalacaq şəkildə badımcanları qablara doldurun.Əskik qalan qisimini zeytunyağı ilə doldurub qabların qapaqlarını möhkəm-möhkəm bağlayın.Bir qazana su qoyub qaynamağa qoyun.Qaynamağa başladıqdan sonra altını söndürün və bankaları tərs çevirib bu suyun içerisinde 10 dəqiqə qədər gözlədin. Bu şəkildə bankanın qapağının möhkəm bağlanmasını təmin etmiş olacaqsınız.Sudan çıxardıqdan sonra yenə tərs bir şəkildə soyumağa qoyun.Soyuduqdan sonra uyğun bir yerdə saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: möhkəm, sonra, şəkildə, qoyun, kiçik, saxlaya, yaxşıca, əlavə, badımcanları, bilərsiniz, soyun, qədər, Soyuduqdan, uyğun, qapaqlarını, bağlayın, soyumağa, qazana, çıxardıqdan, qabların
BİZİ İZLƏYİN