• Üzüm sirkəsi resepti

Reseptin məlumatları Baxış sayı: 6 630

Tarix : 10-05-2019, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 kq üzüm,
3 l su,
1 qəhvə fincanı noxud,
1 qəhvə fincanı iri dişli bulğur,
1 çimdik mayalanmış çörək xəmiri və ya quru çörək parçası ( arzuya görə ),
1 qəhvə fincanı üzüm sirkəsi ( arzuya görə ),
1 yemək qaşığı qaya duzu,
1 yemək qaşığı şəkər,
5 litrəlik banka,
Təmiz bir cuna

Hazırlanması:
Sirkə hazırlayacağınız üzümlərinizi bolca suda bir neçə dəfə yuyun.
Üzümləri istər saplarıyla, istərsinizdə dənələyərək istifadə edə bilərsiniz.
Üzümlərinizi bir qab içərsisində azca sıxaraq çatladın ancaq çox əzməyin.
Bankaları əvvəlcədən qaynar su ilə strelizə edin .
Bu sirkənizin fermantasyası zamanı arzu etmədiyimiz bakteriyaların daxil olmasının qarşısını alar.
Bankanın dibinə noxud, bulğur , arzuya görə bir çimdik mayalanmış çörək xəmiri və ya quru çörək parçası qoyun.
Arzuya görə bir qəhvə fincanı üzüm sirkəsi əlavə edin.
Yaxşıca yuduğunuz və azca sıxaraq patlatdığınız üzümləri suyu ilə birlikdə bankaya atın.
3 litr nisbətində suyu bankadakı ərzaqların üzərinə əlavə edin.
Fermantasya zamanı daşma da ola bilər.
Bunun üçün bankanın bir az böyük ölçüdə olanından istifadə edin.
Bankanın ağzına təmiz bir cuna geydirin və cunanı möhkəm sıxdırın.
Birbaşa güneş şüası almayan bir köşədə 20 günərzində mayalanmaya qoyun.
Bu zaman ərzində hər gün bir taxta qaşıqla üzümləri çox zədələmədən qarışdırın.
Fermantasya zamanı əmələ gələn iyi siz də fərq edəcəksiniz.
Sürənin sonlarına doğru üzüm dənələri daha çox suyun üst hissəsinə toplarncaqdır.
Bankadakı ərzağı təmiz bir cunadan süzüb başqa bir bankaya yığın.
Süzdüyünüz bu suya 1 yemək kqşığı iri qaya duzu, bir yemək qaşığı da şəkə əlavə edin.
Bu spirtləşmənin qarşısını alacaqdır.
Bu aşamada arzuya görə bir qaşıq qədər əvvəlcədən hazırladığınız üzüm sirkəsi də əlavə edə bilərsiniz.
Bankanın ağzını təmiz cuna ilə bağlayaraq tam hazır olması üçün ən azı 40-50 gün sərin, kölgə bir yerə alın.
Bəzən bu zaman bankanın ağzını bağlayırlar ancaq qıcqırma bəzən davam etdiyi üçün , bankanın qapağı bağlı olduğundan bankanı çatladır.
Bu ərzaqlardan 1250-1500 mlliqrama yaxın sirkə əldə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: yemək, çörək, əlavə, qəhvə, fincanı, arzuya, bilərsiniz, qaşığı, Bankanın, təmiz, zamanı, bankanın, sirkəsi, bankaya, əvvəlcədən, üzümləri, mayalanmış, ağzını, sıxaraq, xəmiri
BİZİ İZLƏYİN