• Həm sadə, həm də ləzzətli: Evdə pendir resepti

Reseptin məlumatları Baxış sayı: 2 591

Tarix : 22-05-2019, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
6 kq. çiy süd.
1,5 çay qaşığı pendir mayası,
2 yemək qaşığı qaya duzu

Hazırlanması:
Südünüzü ocağın üzərinə alın.
Vam atəşdə qaynatmağa başlayın.
Qaynadıqdan sonra ocaqdan endirin və 35-37 dərəcəyə gəlməsini gözləyin.
Ardından içərisinə pendir mayasını əlavə edib qarışdırın.
Sonrasında qapağını qapadın və bez yardımıyla ətrafını gözəlcə sarıyın.
Otaq temperaturunda 1,5 saata yaxın mayalayın.
Mayalandığını anlamaq üçün qazanın qapağını açıb xəfifcə sallamanız ya da sərçə barmağınızı südün içinə batırmanız yetərli olacaqdır.
Qatıqdan daha qatı bir halda isə hazırdır demək.
Ardından təmiz bir tülbəndin üzərinə pendirlərinizi alın.
Suyunun süzülməsi üçün bir yerə asın və 3-4 saata yaxın dincəldin.
Ardından cunanın içindən çıxarıb dəzgah üzərində mümkünsə iki ağır daşın arasında 3-4 saat daha gözlədin.
Duz və suyla bir su hazırlayın və pendirləri içərisinə atın.
Bir neçə gün sonra duzlu sudan istədiyiniz ölçüdə çıxardıb nuş edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Ardından, qapağını, yaxın, saata, qaşığı, içərisinə, sonra, pendir, üzərinə, Suyunun, batırmanız, süzülməsi, cunanın, dincəldin, pendirlərinizi, yetərli, hazırdır, halda, demək, Qatıqdan
BİZİ İZLƏYİN