• Bayram yumurtası resepti

Reseptin məlumatları Baxış sayı: 2 681

Tarix : 14-01-2020, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yumurta,
Qırmızı soğan qabığı,
Su

Hazırlanması:
Novruz bayramında hazırlanan bayram yumurtası hazırlamaq çox asanddır.
Bayram yumurtası hazırlamaq üçün əvvəlcə qırmızı soğanın üst qabıqları geniş bir qazana yığılır.
Bişiriləcək bayram yumurtası bu quru soğan qabıqlarının arasına səliqə ilə düzülür.
Bayram yumurtası və soğan qabıqlarının üzərinə su əlavə edilir.
Bişmək üçün ocağın üzərinə qoyulur.
Burada normal suda yumurta bişirən kimi bayram yumurtası soğanlı suda qaynadılıb bişirilir.
Soğanlı suda qaynayan yumurta, soğan qabıqlarının sayəsində qırmızırəngə boyanır.
Yumurtaların üzərinə əvvəlcə yarpaq yapışdırıb bu şəkildə soğan qabığı ilə bişirildiyi təqdirdə yumurtanın üzərində yarpaq şəkli və s. meydana gəlir.
Bayram yumurtasının soğan qabığı ilə bişməsi nəticəsində özünəməxsus iyi və tamı olur.

Qeyd:
Çox vaxt novruz bayramı zamanı boyanan yumurtanı bəzəmək üçün, rəngbərəng olması, daha canlı və müxtəlif rəngləri olması üçün süni rəngləndiricilərdən istifadə olunur.
Bu şəkildə bişən yumurtalar rəngbərəng olsa da, soğan qabığı ilə boyanan yumurtalar kimi təbii olmur.
Bununla yanaşı bəzən hazır satılan naxışlı kağızlar vasitəsi ilə də yumurta üzərinə müxtəlif şəkillər, fiqurlar, naxışlar əldə etmək mümkündür.
Novruz bayramı zamanı boyanan yumurta şəkərbura, paxlava, səməni, şəkərçörəyi, banan peçenyesi, fındıq ləpəsi, qoz ləpəsi, şabalıd və s. ilə birlikdə novruz bayramı xonçalarının bəzəyidir.
Uşaqların səbirsizliklə gözldiyi, sevinclə qarşıladığı yumurta bəzəmə adəti, Azərbaycanda həmişə novruz bayramı zamanı baş tutan milli ənənəmizdir.
Novruz süfrələrinizdən bir – birindən ləzzətli təamlarla birlikdə qırmızı yumurta, sevinc, bayram əhval – ruhiyyəsi heç zaman əskik olmasın.

Nuş olsun!
Etiketlər: soğan, yumurta, yumurtası, üzərinə, bayram, qabığı, bayramı, qabıqlarının, novruz, zamanı, Bayram, boyanan, Novruz, rəngbərəng, şəkildə, yarpaq, olması, əvvəlcə, birlikdə, ləpəsi
BİZİ İZLƏYİN