• Jelibon resepti

Reseptin məlumatları Baxış sayı: 18 626

Tarix : 10-10-2014, 18:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 ml portağal şirəsi
100 ml su
20 q jelatin
5-6 x.q. limon şirəsi
1,5-2 st. şəkər tozu
1 x.q. apelsin sedrası
1 x.q. limon sedrası

Hazırlanması:
Jelatini qaba qoyun, portağal şirəsini üstünə tökün.

Şəkər tozunu tayqulpa tökün, su, sitrus sedrası əlavə edib vam odun üzərində 3 dəqiqə, şəkər tozu tam əriyənədək saxlayın. Ocaqdan götürən kimi jelatini əlavə edib, tam əriyənədək qarışdırın. İçində lopa qalmasın deyə çaysüzəndən süzün.

Qida folqası (yaxud plyonka) döşənmiş kvadrat siniyə 2 sm qalınlıqda tökün. 6-8 saat soyuducuda saxlayın.

Perqamentin üstünə şəkər tozu səpin, soyuducudan çıxardığınız marmeladı bunun üzərinə çevirin. Folqanı açın, marmeladı doğrayın, hərtərəfli şəkər tozuna batırın. Hazırdır.

Nuş olsun!
Etiketlər: şəkər, sedrası, tökün, saxlayın, üstünə, əriyənədək, əlavə, portağal, marmeladı, limon, şirəsi, soyuducudan, Perqamentin, səpin, siniyə, plyonka, döşənmiş, kvadrat, qalınlıqda, soyuducuda
BİZİ İZLƏYİN