• Liver kolbasası resepti

Reseptin məlumatları Baxış sayı: 14 385

Tarix : 7-03-2016, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q mal ciyəri
800 q qaynar ət suyu (bulyon)
1,5 kq dana əti
1 kq mal əti
1 kq quyruq (əsl reseptdə - salo)
2 diş sarımsaq
ədviyyat
duz

Hazırlanması:
Çiy qaraciyəri ət maşınının xırda gözündən keçirin. Əti və quyruğu bir qazana yığıb üstünə su tökün, 95 dərəcə temperaturda qaynadın. Quyruğu 8, dana ətini 15, mal ətini isə 20 dəqiqə sonra çıxarın. Sonra əti ayrı-ayrılıqda sarımsaq əlavə etməklə ət maşınının xırda gözündən keçirin. Sonra ədviyyat və ət maşınından keçirilmiş ciyəri əlavə edin. Duz vurub yenə qarışdırın. Təmiz bağırsaqların içinə doldurun. Zəif odda 1 saat suda bişirin. Sonra 5 saat soyuducuda saxlayın. (Bu kolbasanı soyuq üsulla hisə də verirlər).
Liver kolbasası resepti

Liver kolbasası resepti


Nuş olsun!
Etiketlər: Sonra, xırda, maşınının, gözündən, keçirin, əlavə, ədviyyat, ətini, ciyəri, sarımsaq, qarışdırın, Təmiz, bağırsaqların, vurub, maşınından, etməklə, içinə, keçirilmiş, bişirin, üsulla
BİZİ İZLƏYİN