• Yuxu kimi qozlu alma deserti resepti

Reseptin məlumatları Baxış sayı: 1 564

Tarix : 5-06-2021, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:

1 litr süd
1 stəkan toz şəkər
2 yumurta sarısı
2 xörək qaşığı un
1 qəhvə fincanı nişasta
1 vanil
1 paket krem şanti

Arası üçün:
3 alma
1 fincan qoz
1 çay qaşığı darçın
2 xörək qaşığı toz şəkər
1 xörək qaşığı duzsuz kərə yağı və ya marqarin
1 paket peçenye

Hazırlanması:
Pudinq üçün bütün maddələri (şantidən başqa) tavada qarışdırırıq, ocağın üstünə qoyuruq və qaynana qədər çırparaq bişiririk.
Bişdikdən sonra pudinqi bir qaba qoyduq və daim qarışdıraraq soyuduq.
Üzərinə 1 paket şanti əlavə edib mikserlə çalırıq.
Almanı kublar halında doğrayırıq və tavaya qoyuruq.
Kərə yağı, şəkər tozu, qoz və darçınla 5-10 dəqiqə qızardırıq.
1 paket qırıntı peçenyeni kiçik qırıntılara çeviririk.
Əvvəlcə peçenye qırıntılarını, sonra bir az alma qarışığını, sonra hazırladığımız pudinqi və yenidən alma qarışığını əlavə edirik.
İstədiyimiz kimi bəzəyirik.

Nuş olsun!
BİZİ İZLƏYİN