• Qozlu kozinaki resepti

Reseptin məlumatları Baxış sayı: 17 239

Tarix : 16-10-2014, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qoz ləpəsi
100 q bal
50 q şəkər tozu

Hazırlanması:
Qozu bıçaqla doğrayın (çox xırda olmasın). İri tavanı qızdırın. Orta itilikli odda qozu 3-4 dəqiqə, qəşəng ətri yayılanadək qovurun. Bal və şəkər tozu əlavə edin, daim qarışdırın. Şəkər tozu tam əriyib qarışıq yapışqan kimi olanadək qarışdıra-qarışdıra bişirin.

Masanın üstünə perqament döşəyin. Qarışığı bu kağızın üstünə tökün. Bir-iki dəqiqə soyumasını gözləyin. Sonra əllərinizi isladıb kozinakini 6-7 mm qalınlıqda yastılayıb yayın.

Soyudun. Doğrayın (hamısı birdəfəyə yeyilib qurtarmasa, perqamentə büküb saxlaya bilərsiniz).

Nuş olsun!
Etiketlər: qarışdıra, dəqiqə, üstünə, şəkər, isladıb, kozinakini, qalınlıqda, yastılayıb, əllərinizi, Sonra, kağızın, tökün, soyumasını, gözləyin, yayın, Doğrayın, büküb, saxlaya, bilərsiniz, olsun
BİZİ İZLƏYİN