• Qarğıdalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 13 781

Tarix : 19-02-2016, 23:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
600 q qarğıdalı konservi
200 q hisə verilmiş toyuğun döş əti
3 dilim buğda çörəyi
600 q suxarı
3 x.q. sürtgəcdən keçirilmiş pendir
1 baş soğan
4 x.q. kərə yağı
2 x.q. un
125 q süd
1 yumurtanın sarısı
xardal
qırmızı istiot
1/4 ç.q. şəkər tozu
1 ç.q. duz

Hazırlanması:
Qırğıdalının suyunu boşaldın. Toyuğun döş ətini kubik doğrayıb yağla birlikdə tavaya tökün. Yağ əriyənədək qızardıb sobanın sinisinə qoyun.

Sous üçün soğanı doğrayıb yağda qızardın. Unu tavaya töküb vam odda qurudun. Sonra soyudub üzərinə süd tökün. Duz, xardal, qırmızı istiot, şəkər tozu əlavə edib 5 dəqiqə qaynadın. Yumurtanın sarısını çalıb sousu qarışdıra-qarışdıra ona əlavə edin. Çörək dilimlərinin qabığını çıxarın, içini kubik doğrayın, 1 ç.q. yağda qızardın, qarğıdalı və sousla qarışdıraraq siniyə, toyuq ətinin üzərinə tökün. Suxarını pendir və qarğıdalı ilə qarışdırıb bunun üstünə səpin, kərə yağından bıçaqla bir neçə dilim kəsib adda-budda yerləşdirin. Sobada 220 dərəcə istidə qızılı rəng alana qədər bişirin.

Nuş olsun!
Etiketlər: qarğıdalı, tökün, xardal, yağda, tavaya, qırmızı, şəkər, doğrayıb, kubik, pendir, istiot, qızardın, əlavə, dilim, qarışdıra, üzərinə, siniyə, toyuq, çalıb, sousu
BİZİ İZLƏYİN