• Ananas dolması resepti

Reseptin məlumatları Baxış sayı: 14 627

Tarix : 25-04-2015, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 iri ananas
300 q mal əti
1 orta boy soğan
mayonez
pendir
duz
istiot
bitki yağı
ədviyyat

Hazırlanması:
Əti kubik, soğanı xırda doğrayın. Bitki yağını tavada qızdırın, əti əlavə edib qovurun, sona yaxın duz, istiot, sevdiyiniz ədviyyat vurub soğanı əlavə edin, yaxşıca qarışdırın.

Ananası uzununa ikiyə bölün. İçini səliqə ilə çıxarın (qabığı deşilib xarab olmasın). Ananasın lətini kubik doğrayın. Qabığının içinə əti döşəyin, üzərinə mayonez çəkin. Ananas lətini döşəyin, mayonez çəkin, sürtgəcin orta gözündən keçirilmiş pendir səpin. Ananasın "quyruğu"na folqa sarıyın ki, yanmasın.

220 dərəcə qızdırılmış sobada üzəri qızaranadək bişirin.

Nuş olsun!
Etiketlər: mayonez, doğrayın, soğanı, döşəyin, ədviyyat, çəkin, əlavə, kubik, Ananasın, istiot, pendir, lətini, olmasın, sürtgəcin, gözündən, Ananas, keçirilmiş, Qabığının, üzərinə, içinə
BİZİ İZLƏYİN