• Evdə pendir hazırlanması resepti

Reseptin məlumatları Baxış sayı: 15389

Tarix : 5.06.2014, 22:44

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l süd
1 kq kəsmik
1 ədəd yumurta, yaxud 2 yumurtanın ağı
100-130 q kərə yağı
Duz və soda (çay qaşığının ucunda)
1 metr təmiz marli

Hazırlanması:
Əvvəlcə marlini soyuq suda isladıb yaxşıca sıxırıq, dərin qazanın içinə 2 qat edib səririk.
Südü qaynadırıq, qaynadandan sonra içinə kəsmiyi töküb 8-10 dəqiqə dayanmadan qarışdırırıq. Qarışdırmağa ara verməyin, məhlul çürüyəcək.
Sonra həmin məhlulu isti-isti marlinin üzərinə tökürük, ağzını bükürük. Bizə rahat bir yerdə asırıq ki, suyu tam süzülsün.
20-30 dəqiqə sonra suyu tam süzüləcək.
Yağı, yumurtanı, duzu, sodanı mikserlə çalıb üzərinə süzdüyümüz kəsmiyi tökürük. Yaxşıca qarışdırırıq ki, ərzaqlar həll olunsun.
Şəkildə gördüyünüz forma alınmalıdır.
Su hamamı hazırlayırıq, qarışığı boş qaba qoyub su hamamına qoyuruq. 5-6 dəqiqə qaşıqla qarışdırırıq.
Yağı əriməyə başlayanda su hamamından götürürük. Yağın tam əriyib axmasına imkan verməyin.
Boşqabı azca yağlayıb məhlulu ona yayırıq və 2 saat bərkiməsi üçün soyuducuya qoyuruq.
Hazırlanması sadə, dadı unudulmaz ev pendirimiz hazırdır.

Qeyd: Pendirin ağ olmasını istəyənlər 2 yumurta ağı və 80 q yağ, sarı olmasını istəyənlər mənim kimi 1 yumurta və 100 q yağ vursunlar.

Nuş olsun!

Etiketlər: qarışdırırıq, yumurta, dəqiqə, sonra, Hazırlanması, içinə, məhlulu, verməyin, kəsmiyi, üzərinə, istəyənlər, olmasını, qoyuruq, tökürük, qarışığı, hamamına, qaşıqla, qoyub, alınmalıdır, Yaxşıca
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica