• Acika resepti

Reseptin məlumatları Baxış sayı: 143 814

Tarix : 12-06-2014, 16:44

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq qırmızı bibər
300 qr bolqar bibəri
100 qr acı bibər (zövqə görə artırılıb və ya azaldıla bilər)
0,8 kq pomidor
4-5 diş sarımsaq (zövqə görə artırıla bilər)
Dada görə duz

Hazırlanması:
Tərkibdə sadalanan tərəvəzlər birlikdə ət maşınından keçirilir.
Zövqə görə pomidorun qabığını soymaqda olar. Çəkilmiş tərəvəzlər birlikdə suyu çəkilənə qədər bişirilir.
Orta qatılıqda olduqda isti-isti bankalara doldurulur.

Qablaşdırma:
Əvvəlcədən sterile edilib hazırlanmış bankalar isti adjika ilə doldurulur. Qazan zəif odun üzərində qalsa daha etibarlı olardı.
Belə olan halda sterilə edilmiş qablara yığılan isti adjikanın xarab olma ehtimalı "0″ enir.
Doldurulmuş qabın ağzı bərk bağlanır və başı tərs çevrilib soyuyana qədər saxlanılır. Əvvəlcədən hava keçirilməsi yoxlanılmaq şərti ilə rezbalı bankalardan istifadə oluna bilər.
Sterilə etme: bankalar qab pastası ilə təmiz yuyulur və durulanır. Odun üzərində qabda qaynayan suya banka salınır və çıxarılır.Qapaqlarda bu yolla sterile edilir. Bu cür sterile edilmiş bankalarda məhsulun korlanma ehtimalı "0″ enir.

Nuş olsun!
Etiketlər: sterile, bilər, bibər, üzərində, doldurulur, Əvvəlcədən, edilmiş, tərəvəzlər, qədər, birlikdə, zövqə, ehtimalı, bankalar, yoxlanılmaq, rezbalı, şərti, keçirilməsi, çevrilib, Doldurulmuş, xarab
BİZİ İZLƏYİN