• Firni resepti

Reseptin məlumatları Baxış sayı: 14 098

Tarix : 31-08-2016, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Düyü - 160 q,
Süd - 800 q,
Kərə yağı - 40 q,
Toz-şəkər - 40 q,
Darçın - 0,8 q,
Duz - bir çimdik.

Hazırlanması:
Düyü 2-3 saat suda isladıldıqdan sonra qurudulur və dərhal həvəngdə döyülür. Döyülmüş düyü iri gözlüklü ələkdə ələnir. Qaynayan südə qarışdıra - qarışdıra düyü unu əlavə edilir, şəkər və duz qatılıb bişirilir. Süfrəyə verdikdə üstünə yağ tökülüb darçın səpilir.

Nuş olsun!
Etiketlər: firni, şəkər, qarışdıra, qatılıb, edilir, əlavə, bişirilir, Süfrəyə, darçın, səpilir, tökülüb, üstünə, verdikdə, Qaynayan, ələnir, sonra, isladıldıqdan, çimdik, Darçın, qurudulur, dərhal
BİZİ İZLƏYİN