• Duzlu limon resepti

Reseptin məlumatları Baxış sayı: 11 984

Tarix : 22-01-2017, 20:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
12 ədəd xırda, mumsuz limon
2 darçın budağı
2 dəfnə yarpağı
7-10 ədəd dənəvər qara istiot
200 q iri dəniz duzu

Hazırlanması:
Limonların yığılacağı bankanı əvvəldən sterilizə etmək lazımdır.

Çalışın, xırda limon seçəsiniz. Əgər üstü mumla örtülüdürsə, fırçanın köməyilə yaxşı-yaxşı yuyun.

Limonların dörd yerə bölün, amma kəsimi dibinədək aparmayın, təxminən limonun 3/4-ü qədər kəsin. Yəni öz aralarında bitişmiş 4 dilim alınsın.

Hər limonun kəsimlərinin arasına 1 ç.q. iri duz (ən yaxşısı, dəniz duzu) səpin, qıraqlarını əlinizlə ortaya sıxın.

Sterilizə edilmiş bankanın dibinə 1-2 ç.q. duz səpin, 1 budaq darçın, dəfnə yarpağı, dənəvər istiot düzün. Sonra limonları sıx-sıx yığın. (Bankada hava qalarsa, tutma qıcqırar).

Bankanı yarısınadək doldurandan sonra dəfnə yarpağı, ikinci darçın budağını, istiot dənələri qoyun, üstünü yenə limonla doldurun. Üstünə təxminən 5 limonun şirəsini sıxın.

Bankanın ağzınadək qaynadılmış soyuq su tökün.

Bankanın ağzını möhkəm bağlayın. Soyuducuda, yaxud soyuq və qaranlıq başqa bir yerdə 1 ay saxlayın. Hərdən bankanı çevirin ki, duz bərabər yayılsın.

Nuş olsun!
Etiketlər: istiot, limonun, yarpağı, dəfnə, darçın, təxminən, yaxşı, soyuq, səpin, bankanı, xırda, Bankanın, sıxın, dənəvər, Limonların, dəniz, limon, qoyun, üstünü, limonla
BİZİ İZLƏYİN