• Keşkül resepti

Reseptin məlumatları Baxış sayı: 15 722

Tarix : 8-08-2014, 16:49

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 l süd (1 stəkanını ayrı qoyun)
5 x.q. şəkər tozu
1 yumurtanın sarısı
1 x.q. un
3 x.q. qarğıdalı nişastası
1 x.q. marqarin
1 paket vanil
50 q badam
50 q yaşıl fıstıq

Hazırlanması:
Südlə şəkər tozunu bir qazanda arada qarışdıraraq qaynadın.

Kənara qoyduğunuz 1 st. südü bir qabda yumurta sarısı, un və nişasta ilə çalın. Qaynayan südü qarışdıraraq onun içinə bu qarışığı əlavə edin. Ən sonda marqarini əlavə edin, qaynadıqdan sonra qazanı ocaqdan götürün. Vanil və xırdalanmış badamı əlavə edərək qarışdırın, kremankalara doldurun. Soyuducuda 1-2 saat saxlayın.

Süfrəyə verərkən üzərini fıstıqla bəzəyin.

Nuş olsun!
Etiketlər: əlavə, sarısı, qarışdıraraq, şəkər, götürün, ocaqdan, Vanil, xırdalanmış, qazanı, qaynadıqdan, qarışığı, sonda, marqarini, badamı, sonra, qarışdırın, üzərini, verərkən, fıstıqla, bəzəyin
BİZİ İZLƏYİN