• Pəri bacaları resepti

Reseptin məlumatları Baxış sayı: 14 631

Tarix : 8-08-2014, 23:21

Bölmə : Digər reseptlər

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir:

6 x.q. su
3,5 x.q. marqarin
10 x.q. un
2-3 ədəd yumurta
200 q dondurma

Sous:
13 x.q. süd
3 x.q. şəkər tozu
1 x.q. nişasta
2 x.q. su
2,5 x.q. fıstıq əzməsi
80 q bitter şokoladı

Hazırlanması:
Su və marqarini bir buğum qaynadın, un əlavə edərək qarışdıra-qarışdıra 2-3 dəqiqə bişirin, ocaqdan götürüb mikser qabına tökün, mikserin orta sürətində yumurtaları bir-bir əlavə edərək çalın. Konditer torbasına doldurun.

Siniyə fındıq boyda kürələr sıxın. Əvvəlcədən 140-150 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Hazır eklerlərin arasını kəsib dondurma qoyun, "qapaqlarını" üstünə örtün. Soyuducuda saxlayın.

Sous: südlə şəkər tozunu bir buğum qaynadın, nişastanı soyuq suda həll edib südə əlavə edin, bir-iki buğum qaynadandan sonra ocaqdan götürün. Fıstıq əzməsi ilə şokolad yonqarı əlavə edib qarışdırın, soyudun. Soyuduqdan sonra eklerlərin üzərinə gəzdirib süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, buğum, edərək, qarışdıra, qaynadın, dəqiqə, eklerlərin, sonra, ocaqdan, bişirin, dondurma, şəkər, Soyuducuda, örtün, saxlayın, südlə, tozunu, üstünə, qapaqlarını
BİZİ İZLƏYİN