• Vyana üsulu şokoladlı sable resepti

Reseptin məlumatları Baxış sayı: 4420

Tarix : 8.08.2014, 23:36

Bölmə : Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Resepti göndərən : DADLI


Tərkibi:
260 q un
30 q kakao
250 q kərə yağı
100 q şəkər pudrası
2 yumurtanın ağı

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Siniyə perqament döşəyin.

Unu kakao ilə birlikdə ələyin.

İri qabda otaq temperaturunda olan kərə yağını şəkər tozu ilə həcmi artanadək çalın.

Başqa qabda yumurta ağlarını bir çimdik duzla çalın.

Yağ qarışığını unla birliəşdirin. Tam qarışandan sonra çalınmış yumurta ağlarını ehtiyatla xəmirə əlavə edin.

Xəmiri qənnadı torbasına doldurub dalğavari peçenyelər sıxın.

Sobada 10-12 dəqiqə bişirin. Sobadan çıxarandan sonra 10 dəqiqə əl vurmayın, çox kövrək olur, dağıla bilər. Sonra şəbəkənin üzərində tam soyudun.

Ağzıbağlı qutuda belə peçenye təxminən 1 həftə qalır.

Nuş olsun!

Etiketlər: sonra, ağlarını, dəqiqə, qabda, yumurta, kakao, şəkər, çalın, çıxarandan, Sobadan, bişirin, sıxın, doldurub, torbasına, dalğavari, peçenyelər, vurmayın, Sobada, dağıla, peçenye
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica