• Limonlu ekler resepti

Reseptin məlumatları Baxış sayı: 12 028

Tarix : 20-12-2016, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 100q
Un 150q
Yumurta 4 ədəd
Süd 125 ml
Su 125 ml
Duz 1 x.q.

Limonlu krem üçün:
2 limonun suyu
1 limon sedrası
Un 60q
Kərə yağı 90q
Süd 250ml
Yumurta 2 ədəd
Şəkər tozu 150q

Hazırlanması:
Ekler xəmiri hazırlamaq üçün ilk öncə südü və suyu bir qazana boşaldın. Kərə yağını doğrayıb, duz ilə birgə südə əlavə edirik. Kərə yağı süddə həll olana kimi orta odda saxlayırıq. Daha sonra unu əlavə edib, qarışımı tez-tez qarışdırırıq. Xəmir qazanın dibindən qopmağa başladıqda alovu söndürürük. Soyuyan xəmirə bir-bir yumurtaları əlavə edib, çalırıq. Hazır xəmiri qənnadı şprisə doldurub, eklerlərimizi formalaşdırırq. Aralarında 4-5sm məsafə qoymaq şərti ilə. Sobanızı 200 dərəcəyə qədər isidib, formalaşdırdığımız xəmiri 25-30 dəqiqə ərzində bişiririk. Limonlu kremi hazırlamaq üçün südü bir qazana boşaldıb, üzərinı limon sedrasınl əlavə edin. Həmin qazana limon suyunu sıxıb, yumurtaları və şəkər tozunu əlavə edərək, qarışımı yavaşca çalın. Qarışımı orta alovda 3-5 dəqiqə saxlayıb, üzərinə unu əlavə edərək, tez-tez qarışdırın. Qarışım qatılaşmağa başladıqda, alovu söndürüb, kremi soyudun. Krem soyuyandan sonra, onu doğranılmış kərə yağı ilə birləşdirik. Bu qarışımı yaxşıca çalandan sonra, 30 dəqiqəlik soyuducuya qoyuruq. Bişmiş eklerlərimizə qənnadı şpris və ya biçaq ilə yarım hissəni kəsərək kremimizi doldururuq. Hazır limonlu eklerlərinizin üzərinə şəkər pudrasını səpib, süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: əlavə, qazana, xəmiri, limon, sonra, qarışımı, Hazır, yumurtaları, alovu, üzərinə, kremi, şəkər, edərək, dəqiqə, Xəmir, qənnadı, başladıqda, Limonlu, Yumurta, hazırlamaq
BİZİ İZLƏYİN