• Portağallı qraten resepti

Reseptin məlumatları Baxış sayı: 14 100

Tarix : 9-08-2014, 22:45

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 portağal
6 yumurtanın sarısı
300 ml qaymaq
30 q şəkər tozu
2 x.q. qarğıdalı nişastası
4 ç.q. qəhvəyi şəkər tozu

Hazırlanması:
Sobanı 210 dərəcə C qızdırın.

Qaymağı qızdırın, qaynara düşəndə ocaqdan götürün. Yumurta sarılarını şəkər tozu və nişasta ilə çalın. Qarışdırmağı dayandırmadan qaymağın 1/3-ni əlavə edin. Bu qarışığı qaymağa əlavə edib yenidən ocağın üstünə qoyun. Daim qarışdıraraq qatılaşanadək bişirin. Kənara qoyub qapağını örtün.

Portağalın qabığını soyun (ağ hissəsini də). Nazik dilimlərə doğrayın, şirəsini atmayın.

Portağal şirəsini kremə əlavə edin. Kremi qablara yığın, üzərinə portağal dilimləri düzün, nazik qat qəhvəyi şəkər tozu səpin.

Sobada təxminən 10 dəqiqə bişirin.

Süfrəyə isti və ya soyuq verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, şirəsini, qəhvəyi, portağal, qızdırın, bişirin, dilimlərə, Portağal, doğrayın, atmayın, soyun, örtün, qapağını, Portağalın, qabığını, hissəsini, kremə, Nazik, yığın
BİZİ İZLƏYİN