• Dondurulmuş mokko deserti resepti

Reseptin məlumatları Baxış sayı: 11 545

Tarix : 13-02-2017, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
396 qram bişmiş süd
2 su stəkanı 33-35%-li qaymaq
1 paket vanil
1 xörək q. su
2 xörək q. üyüdülmüş kofe
6 xörək q. şokolad şirəsi
3 xörək q. kərə yağı
226 qram yağlı pendir (maskorponi də ola bilər)
20 ədəd şokoladlı peçenye

Hazırlanması:
Dördkünc qab götürün və içinə qida kağızı qoyun.
Peçenyeləri ovaraq yağla qarışdıırın.
Qaba töküb hamarlayın.
Yağlı pendiri mikserlə çalın.
Bişmiş süd və vanil əlavə edin.
Qaymağı da başqa qabda mikserlə çalın və bişmiş südlü yağlı pendirə əlavə edin.
Bu qarışığı 2 hissəyə bölün.
Kofeni 1 xörək q. qaynar suda qarışdırın və 2 hissəyə böldüyünüz qarışığın birinə qatıb qarışdıırn.
Peçenyenin üstünə əvvəlcə kofeli qarışıqdan, sonra şokolad siropundan töküb qarışdırın.
Sonra növbə ilə ağ qarışıqdan, kofeli qarışıqdan və üstündən şokolad şirəsindən tökün.
6 saat soyuducuda saxlayın.
Deserti serviz edəndə qaynar suda isladılmış piçaq ilə kəsin.

Nuş olsun!
Etiketlər: xörək, şokolad, qarışıqdan, çalın, əlavə, mikserlə, kofeli, töküb, yağlı, bişmiş, qaynar, hissəyə, qarışdırın, vanil, böldüyünüz, Kofeni, qarışığın, Peçenyenin, qarışdıırn, üstünə
BİZİ İZLƏYİN