• Pendirli-badamlı halva resepti

Reseptin məlumatları Baxış sayı: 13 624

Tarix : 22-02-2016, 17:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q "hörük" pendir
1 qəhvə fincanı döyülmüş badam
1 qəhvə fincanı döyülmüş keşyu
1 qəhvə fincanı döyülmüş qoz
1 x.q. dolmalıq fıstıq
1 st. un
1 st. mannı
200 q kərə yağı
2,5 st. süd
2,5 st. şəkər tozu

Hazırlanması:
"Hörük" pendir duzlu olduğu üçün bu halvanı hazırlamadan əvvəl 3 gün boyunca onu soyuq suda, soyuducuda saxlayın, hər gün suyunu dəyişin.

Kərə yağını tavada əridin, un, dolmalıq fıstıq əlavə edin, daim qarışdıraraq qovurun. İlıq süd və şəkər tozu əlavə edin. Südü çəkilənə qədər qarışdıraraq bişirin. Südü çəkəndən sonra xırda doğranmış "hörük" pendir əlavə edin, qarışdırın, tavanın ağzını örtüb ocaqdan götürün. 20 dəqiqə saxlayın. Badam, keşyu və qoz əlavə edib qarışdırın.

Nuş olsun!
Etiketlər: əlavə, fincanı, döyülmüş, qəhvə, pendir, şəkər, qarışdırın, saxlayın, fıstıq, qarışdıraraq, hörük, keşyu, dolmalıq, sonra, çəkəndən, qədər, çəkilənə, xırda, bişirin, ocaqdan
BİZİ İZLƏYİN