Tərkibi:1 stəkan süd
1 stəkan şəkər tozu
1 ədəd yumurta
1 x/q un
300 qr kərə yağı
vanil
Hazırlanması:Kremi hazırlamaq üçün bir qazana süd, yumurta, un, şəkər tozu tökülür qarışdırma teli ilə yaxşı qarışdırılır.
Sonra qazanı qaza qoyub qarışdıra-qarışdıra bişirilir. Kütlə qatılaşdıqda 5 dəqiqə bişirilib qazdan götürülür və tam soyudulur.
Tam soyuduqdan sonra üzərinı 300 qr yumuşaldılmış kərə yağı, vanil qoyulub mikserlə qarışdırılır.
Nuş olsun!
Etiketlər: qarışdırılır, stəkan, vanil, qarışdıra, şəkər, yumurta, götürülür, mikserlə, qazdan, bişirilib, soyudulur, soyuduqdan, yumuşaldılmış, üzərinı, sonra, dəqiqə, qoyulub, Kütlə, qarışdırma, tökülür