• Pankek resepti

Reseptin məlumatları Baxış sayı: 8 107

Tarix : 28-04-2017, 22:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Elna


Tərkibi:
2 ədəd yumurta,
3 x.q. şəkər tozu,
2 st süd,
2 x.q. duru yağ,
2 st un (dəyişə bilər),
1 paket qabartma tozu,
1 paket vanil

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozunu ağarana kimi mikserlə çalırıq. Daha sonra üzərinə digər ərzaqları da əlavə edib, çalmağa davam edirik. Diqqət etmək lazımdır ki, qarışım nə çox duru, nə də qatı olmasın. Son olaraq isidilmiş tavaya qaşıqla əlavə edib, hər iki üzünü bişiririk.

Qeyd.1. Tavaya yağ tökülmür.

Qeyd.2. Elə qaşıq seçin ki, pankeklər eyni ölçüdə olsun.

Qeyd.3. Pankeki bişirən zaman üzərində qabarcıqlar yarananda çevirin. Tez-tez qaldırıb baxmayın.

Nuş olsun!
Etiketlər: əlavə, paket, yumurta, şəkər, tökülmür, qaşıq, Tavaya, seçin, üzünü, tavaya, qaşıqla, pankeklər, bişiririk, olsun, yarananda, çevirin, qaldırıb, baxmayın, qabarcıqlar, üzərində
BİZİ İZLƏYİN