• Beze resepti

Reseptin məlumatları Baxış sayı: 22 080

Tarix : 30-04-2017, 12:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Nuranə


Tərkibi:
3 ədəd yumurta
1 stəkan şəkər tozu
1 çimdik duz

Hazırlanması:
İlk öncə yumurtanın ağını sarısından ayırıb, ağının üzərinə 1 çimdik duz əlavə edirik və mikserlə qarışdırırıq. Sonra şəkər tozunu yavaş-yavaş əlavə edib, mikserlə qarışdırmağa davam edirik. Bezenin hazır olduğunu yoxlamaq üçün biraz götürüb ovcumuza qoyuruq. Əgər beze əlimizə yapışırsa, deməli hazırdır.

Bezeni qida boyası ilə rəngləndirmək mümkündür. Daha sonra bezeni krem torbasına töküb, list üzərində zövqə görə forma veririk. 100°-dək isidilmiş sobada 1saat 30deq. bişiririk.

Hazır olan bezeni zövqə görə muncuqlarla bəzəyə bilərsiniz.

*Qeyd. Beze cox asan görünsə də biraz səbr tələb edir. bezenin daha yaxşı alınması üçün aşağıdakılara diqqət etməyiniz məsləhətdir:

Bezeni hazırladıgımız qab quru olmalıdır
Yumurtanın sarısının ağına qarışmamağı lazımdır
Bezeni bişirərkən sobanın ağzını açmaq və ya dərəcəsini dəyişmək olmaz.

Nuş olsun!
Etiketlər: Bezeni, əlavə, mikserlə, yavaş, bezeni, biraz, edirik, zövqə, şəkər, çimdik, görünsə, tələb, bezenin, sobada, alınması, yaxşı, bilərsiniz, Hazır, 30deq, 1saat
BİZİ İZLƏYİN