• Yeni il pudinqi resepti

Reseptin məlumatları Baxış sayı: 2 467

Tarix : 11-05-2017, 14:00

Bölmə : Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Yaxşı qabaran un - 110 qram
Qarışıq ədviyyat – 1 çay qaşığı
Duz – 1 çimdik
Təzə ağ çörək qırıntıları – 75 qram
Quşbaşı badam – 30 qram
Qarışıq qurudulmuş meyvə - 350 qram
Soyulmuş, içi ovulmuş və rəndələnmiş alma – 1 ədəd
Yumurta – 2 ədəd böyük ölçülü
Limon şirəsi və qabığı rəndələnmiş limon – 1 ədəd
Bəkməz – 1 xörək qaşığı
Kərə yağı – 110 qram
Qəhvəyi şəkər – 175 qram

Hazırlanması:
1. Böyük bir qarışdırma qabına qarışıq ədviyyatları, unu və duzu əlavə edirik. Sonra isə çörək qırıntılarını, quşbaşı badamları, qurudulmuş meyvələri və almanı da bu qarışıma qatırıq. Ayrı bir qabda isə yumurtaları, bəkməzi, limon şirəsi və qabığını qarışdırmalısan. Aşağı dərəcəli istilikdə yağ ilə qəhvəyi şəkəri əritdikdən sonra onu yumurta və unlu qarışım ilə qarışdırmaq lazımdır. Üzərini yaxşıca örtüb 1 saat kənarda saxlayırsan.

2. Sobanı 150 dərəcədə isitmək lazımdır. Təxminən 1.2 litrlik pudinq qabını kərə yağı ilə yağlamaq gərəkdir.

3. Yağlanılan dərin qaba pudinqi əlavə edib və sonra isə sobadakı ½ sm-lik su tökülmüş qabın içərisinə qoymalıyıq.

4. Daha sonra isə bişməyə qoyulur. Bişdikdən sonra soyuyur və servis edilir. Bunu 6 ay saxlamaq olar.

Nuş olsun!
Etiketlər: sonra, qurudulmuş, rəndələnmiş, limon, əlavə, şirəsi, lazımdır, qaşığı, çörək, Qarışıq, qəhvəyi, Sobanı, saxlayırsan, istilikdə, Təxminən, isitmək, dərəcədə, kənarda, yaxşıca, qarışım
BİZİ İZLƏYİN